“Sabah”ın baş məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırılıb

#
# 12:29
20 aprel 2021

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda I divizionun XXII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Keşlə-2”yə qarşı keçirilən oyun bitdikdən sonra hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın ikinci komandasının baş məşqçisi İlqar Mənsimov daha sonra dəhlizə daxil olarkən hakimi təhqir edib. Bu səbəbdən İK adıçəkilən mütəxəssisi 5 oyunluq cəzalandırıb, klubu isə 400 manat məbləğində cərimələyib.

“Zaqatala” ilə qarşılaşmada ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəbəyli isə 1 oyunu buraxmalı olacaq. Bu, kluba həm də 80 manatlıq cərimə bahasına başa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR