“Sabah”ın futbolçuları Azərbaycan millisindən kənarlaşdırılıb

“Sabah”ın futbolçuları Azərbaycan millisindən kənarlaşdırılıb
# 12 noyabr 2020 11:20 (UTC +04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Sabah” klubunun üzvləri Nemət Musayev, Abdulla Rzayev, Camal Cəfərov və Yusif İmanov heyətdən kənarlaşdırılıb.

Onlar noyabrın 11-dən Bakıda təlim-məşq toplanışında iştirak etməyəcək. Bu oyunçuların əvəzinə toplanışa Cavidan Abbaszadə (“Sumqayıt”), Ramin Abdullayev (“Keşlə”), Valeh Qəhrəmanlı (“Neftçi”) və Elgün Bayramov (“Səbail”) dəvət olunublar.

Dəyişikliyin səbəbi açıqlanmasa da, bir müddət öncə “Sabah” klubunda qeydə alınan koronavirusa yoluxma ilə bağlılığı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR