“Sabah”ın prezidenti: “Abasov enerjisini öz komandasına yönləndirsə, daha yaxşı olar”

“Sabah”ın prezidenti: “Abasov enerjisini öz komandasına yönləndirsə, daha yaxşı olar”
# 26 aprel 2021 13:07 (UTC +04:00)

“Məni yalnız öz komandamız maraqlandırır”.

Bunu apasport.az saytına açıqlamasında “Sabah”ın prezidenti Maqsud Adıgözəlov Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə oyundan sonra yaşanan hadisələrə münasibət bildirərkən deyib.

2:2 hesabı ilə başa çatan matçdan sonra hər iki komandanın məşqçi və futbolçu heyəti dava-dalaşda iştirak edib, hətta “Neftçi”nin baş məşqçisi Samir Abasov mətbuat konfransında qarşı tərəflə bağlı qeyri-etik ifadələr də işlədib.

Məsələ ilə bağlı geniş danışmaqdan boyun qaçıran Adıgözəlov rəqibin çalışdırıcısına məsləhət də verib: “Samir Abasovun fikirlərini şərh etməyə ehtiyac görmürəm. Sadəcə onu deyə bilərəm ki, Abasov futbolçularımızla bağlı danışmağa sərf etdiyi enerjini öz komandasına yönləndirsə, daha yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR