Sadio Mane “Liverpul”dan ayrılır

Sadio Mane “Liverpul”dan ayrılır
# 22 aprel 2020 11:31 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Premyer Liqa təmsilçisindən ayrılmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, buna 28 yaşlı seneqallı hücumçu ilə baş məşqçi Yurgen Klopp arasında narazılıq səbəb olub.

Mene almaniyalı mütəxəssisin ötənilki addımından narazı qalıb. Həmin vaxt Klopp “Qızıl top” uğrunda mübarizə zamanı komandanın digər üzvü Vircil Van Deykə dəstək olub. Bu isə Sadionun narazılığı ilə nəticələnib.

Afrikalı forvard Kloppun rəhbərliyi altında oynamaqdansa, digər təklifləri nəzərdən keçirməyi üstün tutur. O, xidmətində maraqlı olan Zinəddin Zidanın rəhbərlik etdiyi İspaniya “Real”ına keçməyə hazırdır.

“Liverpul”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq seneqallının karyerasını Fransada da davam etdirmək variantı var. PSJ də onu heyətində görmək istəyir.

Qeyd edək ki, Mane “Qızıl top” uğrunda mübarizədə niderlandlı Vircil Van Deyk, portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messidən sonra 4-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR