“Şaxtyor” Ukrayna Premyer Liqasının qalibi olub

“Şaxtyor”  Ukrayna Premyer Liqasının qalibi olub
# 21 iyun 2020 01:37 (UTC +04:00)

Avropanın daha bir ölkəsində çempion titulunun sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Donetskin “Şaxtyor” klubu Ukrayna Premyer Liqasının qalibi olub.

XXVII turun “Aleksandriya” ilə ev oyununda 3:2 hesabı ilə qalib gələn meydan sahibləri ən yaxın izləyicisi olan Kiyev “Dinamo”su ilə xal fərqini 19-a çatdırıb. Bu, sona 5 tur qalmış çempionluğun rəsmiləşməsi üçün kifayət edib.

Ardıcıl 4-cü dəfə çempion olan “Şaxtyor” ümumilikdə 13-cü dəfə qızıl medallara sahib çıxıb. Bu göstəricidə Ukrayna rekordu isə 15 dəfə qalib olan “Dinamo”ya məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR