“Səbail” ikinci transferini rəsmiləşdirib

“Səbail” ikinci transferini rəsmiləşdirib
# 04 avqust 2020 17:50 (UTC +04:00)

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, paytaxt təmsilçisi Florian Kadriu ilə danışıqları müsbət yekunlaşdırıb.

Onunla 2020/21 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bu, “Səbail”in ikinci transferidir. Bakılılar bunadək Məqsəd İsayevi heyətinə qatıb.

Qeyd edək ki, 24 yaşlı şimali makedoniyalı hücumçunun son klubu “Renova” olub. Burada keçirdiyi 2,5 mövsümdə çempionatda 65 oyuna çıxan forvard cəmi 4 qol vurub.

O, həmçinin Albaniyada “Tirana”, vətənində “Teuta”, “Şkupi” və “Rabotniçki”də oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR