Serxio Ramos 5-ci olub, “Real” rekord vurub

Serxio Ramos 5-ci olub, “Real” rekord vurub
# 09 fevral 2020 23:56 (UTC +04:00)

İspaniya La Liqasının XXIII turunun “Osasuna” ilə oyunu “Real” üçün ikiqat əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 4:1 hesabı ilə qalib gələn Madrid klubu 23 matçda cəmi 14 qol buraxıb.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarındakı ən yaxşı nəticəsidir. İndiyədək “Kral klubu” bu qədər etibarlı oynamayıb.

Bu rekordda pay sahiblərindən olan Serxio Ramos üçün də görüş əlamətdar hadisə ilə yadda qalıb. Müdafiəçi La Liqada “Real” forması ilə ən çox oyun keçirən 5 futbolçu siyahısına düşüb.

Fernando Yerronu keçən S.Ramos 5-ci sırada yer alıb. O, Raul Qonzales (550), Manolo Sançis (523), İker Kasilyas (510) və Santilyanadan (461) geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR