Sezar Meza Kolli “Keşlə”yə qayıdıb

Sezar Meza Kolli “Keşlə”yə qayıdıb
# 18 oktyabr 2020 17:21 (UTC +04:00)

Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Sezar Meza Kolli yenidən paytaxt klubunun uğurları üçün çalışacaq.

İtaliya vətəndaşı olan Sezar Meza Kolli 2013-16, 2018 və 2019-20-ci illərdə şərəfini qoruduğu “Keşlə”yə qayıdıb. Bir müddət əvvəl milliləşdirilməsi də gündəmdə olan legionerin son klubu Rumıniya təmsilçisi “Universtatya” (Krayova) olub.

Qeyd edək ki, Sezar Azərbaycanda “Keşlə”dən başqa, “Zirə”də də oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR