“Sivasspor” – “Qarabağ” matçının favoriti açıqlanıb

“Sivasspor” – “Qarabağ” matçının favoriti açıqlanıb
# 05 noyabr 2020 11:07 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Sivasspor” (Türkiyə) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında oynayacaq Sivas təmsilçisini matçın favoriti sayırlar.

Bu gün Sivasdakı Yeni 4 Eylül stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 3,34, məğlubiyyəti 2,34 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,44 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR