Superliqa fikrinə düşəcək klublar A seriyasından çıxarılacaq

Superliqa fikrinə düşəcək klublar A seriyasından çıxarılacaq
# 26 aprel 2021 17:47 (UTC +04:00)

İtaliya çempionatı ilə bağlı Əsasnamədə dəyişiklik ediləcək.

Apasport.az xəbər verir ki, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

O bildirib ki, bundan sonra hansı klub Superliqa kimi bir turnirə qatılmaq fikrinə düşsə, A seriyasından çıxarılacaq: “FİFA və ya UEFA tərəfindən maliyyələşdirilməyən turnirlərdə iştirak etməyi planlaşdıran klublar üzvlüyünü itirəcək və çempionatımızı tərk edəcəklər. Avropa Superliqasını kimlərin tərk etməməsindən xəbərimiz yoxdur. Amma indi Əsasnamədə dəyişiklik edilməlidir. Əgər iyunun sonunda kimsə özəl bir turnirdə iştirak etsə, İtaliya çempionatını tərk etmək məcburiyyətində qalacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl yaradılan və cəmi iki gün sonra fəaliyyətini dayandıran Avropa Superliqasında “Yuventus”, “Milan” və “İnter” qeydiyyatdan keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR