Superliqadan çıxmağın cəzası bəlli olub

Superliqadan çıxmağın cəzası bəlli olub
# 24 aprel 2021 11:06 (UTC +04:00)

Baş tutmayan Superliqada klubların imzaladığı müqavilənin bəzi detalları bəlli olub.

Apasport.az saytının məlumatına görə, əgər iştirakçılardan hər hansı biri yarış başladıqdan sonra turniri tərk etsəydi, ən azı 150 milyon avro cərimə ödəməli idi.

Lakin əgər klubun investorlardan aldığı vəsaitin 25 faizi 150 milyondan artıq təşkil edirsə, cəza məhz həmin faizdən ibarət olmalı idi. Amma turnir başlamadan tarixin yaddaşına köçdü.

Müqavilədə belə vəziyyətdə də yarışı tərk edənlər üçün cəza nəzərdə tutulub. Lakin bunun qüvvəyə minməsi üçün digər klubların hamısı bu cəzanın verilməsinə razılaşmalıdır.

Qeyd edək ki, aprelin 19-da Avropanın 12 klubunun birgə yaratdığı liqa iflasa uğrayıb. Əksər klublar geri çəkildiyindən cəmi iki gün sonra layihənin dayandırıldığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR