Tokio-2020: Argentina İspaniya ilə, Braziliya Almaniya ilə eyni qrupa düşüb

Tokio-2020: Argentina İspaniya ilə, Braziliya Almaniya ilə eyni qrupa düşüb
# 21 aprel 2021 12:34 (UTC +04:00)

Tokio 2020 Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında baş tutan mərasimdə kişi və qadın komandaların düşdüyü qruplar müəyyənləşib.

Kişilərin turnirində 16 komanda 4 qrupa bölünüb. Argentina ilə İspaniyanın C, Braziliya və Almaniyanın isə D qrupunda rəqib olması diqqətçəkən məqamdır.

Qadınların yarışında isə 12 komanda 3 qrupda mübarizə aparacaqlar.

KİŞİLƏR

A qrupu
Yaponiya
CAR
Meksika
Fransa

B qrupu
Yeni Zelandiya
Cənubi Koreya
Honduras
Rumıniya

C qrupu
Misir
İspaniya
Argentina
Avstraliya

D qrupu
Braziliya
Almaniya
Fil Dişi Sahili
Səudiyyə Ərəbistanı

QADINLAR

E qrupu
Yaponiya
Kanada
Böyük Britaniya
Çili

F qrupu
Çin
Braziliya
Zambiya
Niderland

G qrupu
İsveç
ABŞ
Avstraliya
Yeni Zelandiya

Qeyd edək ki, Olimpiadada kişilər arasında yarışlar 23 iyul – 8 avqust, qadınların turniri isə 21 iyul – 6 avqust tarixlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR