Tural Axundov “Neftçi”dən ayrılıb

Tural Axundov “Neftçi”dən ayrılıb
# 19 iyun 2020 16:49 (UTC +04:00)

“Neftçi” mövsümlərarası fasilədə daha bir futbolçu ilə yollarını ayırıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, müdafiəçi Tural Axundov karyerasını “ağ-qaralar”da davam etdirməyəcək.

Müqavilə müddəti başa çatan 32 yaşlı cinah oyunçusuna yeni sözləşmə təklif olunmayıb. 2018-ci ilin yayından “Neftçi”nin formasını geyinən Axundov geridə qalan iki il ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” buna qədər müdafiəçi Vild-Donald Gerye ilə vidalaşıb, həmçinin hücumçu Baqali Dabonun ayın sonunda klubu tərk edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR