Türkiyə millisinin futbolçusu "Lester"ə keçib

Türkiyə millisinin futbolçusu "Lester"ə keçib
# 20 sentyabr 2020 12:34 (UTC +04:00)

“Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü “Lester”ə keçib.

Premyer Liqa təmsilçisi 23 yaşlı cinah oyunçusunu birillik icarəyə götürüb. Klublar arasındakı anlaşmaya əsasən, “tülkülər” mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. Keçidi ilə bağlı klubun rəsmi saytına təəssüratlarını bölüşən Cengiz Türkiyə millisindəki komanda yoldaşı Çağlar Söyüncü ilə çiyin-çiyin oynayacağı üçün çox sevindiyini söyləyib.

Qeyd edək ki, Cengiz Ündər “Roma”ya 2017-ci ildə 15 milyon avro qarşılığında “Başakşəhər”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR