UEFA Azərbaycan klublarınının hesabına vəsait köçürəcək

UEFA Azərbaycan klublarınının hesabına vəsait köçürəcək
# 23 aprel 2020 16:39 (UTC +04:00)

UEFA təxirə salınan AVRO-2020 ilə bağlı klublara ödəniləcək vəsaiti təcili şəkildə onların hesablarına köçürəcək.

Apasport.az saytının məlumatına görə, bu qərar qurumun İcraiyyə Komitəsi tərəfindən verilib.

Pley-offdan sonra ödənilməsi planlaşdırılan vəsait koronavirus pandemiyasına görə tez veriləcək. Təxminən 70 milyon avro quruma üzv olan 55 assosiasiyasının 676 klubu arasında bölüşdürüləcək. Bu bölgü klubların seçmə oyunlardakı təmsilçi və oyun sayına görə aparılacaq.

Pley-offda çıxış etməyən 39 yığmanın o cümlədən Azərbaycan millisinin təmsil etdiyi assosiasiyalar ümumilikdə 50 milyon avro alacaq.

17,7 milyon avro isə 16 pley-offçu arasında bölüşdürüləcək. 2,7 milyon isə oyunçusu pley-offda iştirak edəcək klublara veriləcək. Bu ödəniş payızda gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR