UEFA Çempionlar Liqasının finalına buraxılacaq azarkeş sayını açıqlayıb

UEFA Çempionlar Liqasının finalına buraxılacaq azarkeş sayını açıqlayıb
# 05 may 2021 16:25 (UTC +04:00)

Çempionlar Liqasının final matçına azarkeşlər buraxılacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA qərar verib.

Qitə futbol qurumu İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq həlledici qarşılaşmaya 25 min tamaşaçının buraxılacağını açıqlayıb. Finalda iştirak edəcək komandaların hər birinin 4000 azarkeşi üçün bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR