UEFA Superkubokunu idarə edəcək hakimlərin adı açıqlanıb

UEFA Superkubokunu idarə edəcək hakimlərin adı açıqlanıb
# 15 sentyabr 2020 13:57 (UTC +04:00)

UEFA Superkubokunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, sentyabrın 24-də keçiriləcək “Bavariya” – “Sevilya” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək.

Macarıstanın paytaxtı Budapeştdəki görüşün baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nun kömək edəcək.

Onların həmyerlisi Stüart Attvell VAR hakimi, Pol Terni yardımçısı olacaq. Dördüncü hakim funksiyasını isə israilli Orel Qrinfild yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR