UEFA-da növbəti istefa reallaşıb

UEFA-da növbəti istefa reallaşıb
# 19 aprel 2021 13:22 (UTC +04:00)

UEFA-da daha bir istefa reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvord qitə futbol qurumunda çalışmayacaq.

O, “qırmızı şeytanlar”ın Avropa Superliqasında iştirakı səbəbindən UEFA-dakı bütün vəzifələrindən istefa verib. Həmçinin “Mançester Yunayted” də digər klublar kimi, Avropa Klublar Assosiasiyasının (ECA) tərkibindən ayrılıb. Vudvorda qədər ECA-nın rəhbəri olan “Yuventus”un prezidenti Andrea Anyelli də oradakı vəzifəsindən ayrılıb.

Qeyd edək ki, “Mançester Yunayted” və “Yuventus” da daxil olmaqla, Avropanın 12 nəhəng klubu Superliqada iştirakını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR