UEFA-nın qərarları açıqlanıb: Avrokubok iştirakçıları avqustun 3-dək müəyyənləşməlidir

UEFA-nın qərarları açıqlanıb: Avrokubok iştirakçıları avqustun 3-dək müəyyənləşməlidir
# 17 iyun 2020 17:55 (UTC +04:00)

UEFA-nın İcraiyyə Komitəsinin qərarları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın baş katibi Corco Marketti açıqlayıb.

Qurumun İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasından sonra mətbuat konfransı keçirən Marketti aşağıdakı qərarların qəbul edildiyini bildirib:

- Çempionlar Liqasının 2019/20 mövsümü “Səkkizlər finalı” formatı ilə başa çatdırılacaq. Portuqaliyanın Lissabon şəhərində təşkil olunacaq turnirin qarşılaşmaları avqustun 12-23-də baş tutacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək.

- Növbəti mövsümün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması oktyabra planlaşdırılır.

- Çempionlar Liqasının 2019/20 mövsümünün 1/8 final mərhələsinin “Yuventus” – “Lion” və “Barselona” matçları avqustun 7-8-də keçiriləcək. “Mançester Siti” – “Real” və “Bavariya” – “Çelsi” cütlərinin taleyinə isə hələ aydınlıq gətirilməyib.

- Çempionlar Liqasının 2019/20 mövsümünün 1/4 finalın püşkatması iyulun 10-da atılacaq.

- Çempionlar Liqasının növbəti 4 mövsümün final oyunlarının ev sahibi dəqiqləşib. 2021-ci ildə Türkiyənin İstanbul (Atatürk Olimpiya Stadionu), 2022-ci Rusiyanın Sankt-Peterburq (Sankt-Peterburq Stadionu), 2023-cü ildə Almaniyanın Münhen (Münhen Futbol Arena), 2024-cü ildə İngiltərənin London (Uembli Stadionu) şəhəri həlledici oyunları qəbul edəcək.

- Avropa Liqasında 2019/20 mövsümünün 1/8 finalın cavab oyunları avqustun 5-6-da keçiriləcək. 1/4 final 10-11-də, yarımfinal 16-17-də, final 21-də təşkil olunacaq.

- Avrokubokların 2019/20 mövsümünün bərpası ərəfəsində klublar üç əlavə oyunçu sifariş edə biləcək. Lakin bu oyunçular həmin klubun üzvləri olmalıdır. Yeni transferlər isə olmayacaq.- Avropa Liqasının 2019/20 mövsümü də eyni formatda Almaniyanın 4 şəhərində təşkil olunacaq. Köln, Düssüldorf, Duysburq və Helzenkirhendəki qarşılaşmalar avqustun 10-21-də keçiriləcək.

- Avrokuboklarda mövsümün qalan bütün oyunlarında 5 əvəzləməyə icazə veriləcək. 2020/21 mövsümündə isə əvəzetmələrin sayı üçdə qalacaq.

- Avropa Liqasında növbəti üç mövsümün final oyunlarının yeri müəyyənləşib. 2021-ci ildə Polşanın Qdansk (Qdansk stadionu), 2022-ci ildə İspaniyanın Sevilya (Ramon Sançes Pisxuan stadionu), 2023-cü ildə Macarıstanın Budapeşt (Puşkaş Arena) şəhəri həlledici matça ev sahibliyi edəcək.

- UEFA Superkuboku sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Milli assosiasiyalar və liqalar avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını avqustun 3-dək UEFA-ya təqdim etməlidir.

- Avrokuboklarda yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibləri püşklə müəyyənləşəcək.

- Millətlər Liqasının bərpası sentyabr ayına planlaşdırılır.

- AVRO-2020-nin ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR