Ukrayna millisininin həkimi koronavirusdan ölüb

Ukrayna millisininin həkimi koronavirusdan ölüb
# 25 iyul 2020 23:27 (UTC +04:00)

Futbol üzrə Ukrayna millisinin həkimi Anton Xudayev ölüb.

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Futbol Assosiasiyası açıqlayıb.

Koronavirus yoluxan tibb işçisinin ölümünə səbəb ürək dayanmasıdır. O, dünyasını dəyişən vaxt ağciyərlərə süni nəfəs aparatına qoşulu olub. Bildirilir ki, onun ağciyərlərinin 70 faizi virusa yoluxub.

Qeyd edək ki, Xudayev 20 ildən artıq “Metallist” klubunun həkimi olub. O, 2016-cı ildən millidə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR