Yosip İliçiç Çempionlar Liqasının tarixinə düşüb

Yosip İliçiç Çempionlar Liqasının tarixinə düşüb
# 11 mart 2020 09:38 (UTC +04:00)

“Atalanta”nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.

Apasport.az saytının məlumatına görə, o, 1/8 final mərhələsində “Valensiya” ilə səfər qarşılaşmasında pokerə imza atmaqla buna nail olub.

Bununla sloveniyalı ÇL-in pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran üçüncü oyunçu olub. İliçiç “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştianu Ronaldoya məxsus göstəricini təkrarlayıb. Messi 2011-12 mövsümündə “Bayer”i 6, Ronaldo isə 2016-17 mövsümündə “Real”da olarkən “Bavariya”nı 5 dəfə mərkəzə dəvət edib.

Bundan başqa, İliçiç Çempionlar Liqası tarixində pley-off mərhələsi matçında səfərdə 4 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, ilk oyunda evdə “Valensiya”nı 4:1 hesabı ilə məğlub edən “Atalanta” səfərdə də 4:3 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR