“Yuventus” 19 yaşlı futbolçu ilə anlaşıb

“Yuventus” 19 yaşlı futbolçu ilə anlaşıb
# 06 noyabr 2020 23:43 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu daha bir gənc futbolçunu transfer edib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi ölkənin digər klubu “Cenoa”nın yarımmüdafiəçisi Nikolo Rovellanın keçidini həll edib.

“İnter”in də maraq dairəsində olan 19 yaşlı orta sahə oyunçusu “qoca sinyora”nın təklifini müsbət cavablandırıb. “Cenoa” ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Rovella mövsümün sonunda azad agent kimi “Yuve”yə keçəcək.

Qeyd edək ki, Nikolo Rovella bu mövsüm A seriyasında 4 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR