“Yuventus” Xediranı transferə çıxarıb

“Yuventus” Xediranı transferə çıxarıb
# 21 may 2020 14:25 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu futbolçusu Sami Xediranı transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi barədə qərarı Turin təmsilçisinin rəhbərliyi çıxarıb.

“Ağ-qaralar” futbolçunu heyətində görmək istəyən klublarla danışıqlara hazırdır. İngiltərə Premyer Liqasının bir neçə komandasının Xediranı heyətində görmək istədiyi bildirilir. Onlar arasında “Vest Hem” də var.

Qeyd edək ki, Xedira 2019/20 mövsümündə A seriyasında 12 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR