“Yuventus” portuqaliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb

#
# 22:27
15 noyabr 2020

İtaliyanın “Yuventus” klubu heyətinə daha bir portuqaliyalı futbolçu qatmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi İngiltərə “Vulverhempton”unda çıxış edən Portuqaliya millisinin üzvü Pedru Netunu heyətinə qatmaq istəyir.

20 yaşlı portuqaliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlara start verib. Bu transferdə vasitəçi kimi Kriştiano Ronaldonun agenti Jorje Mendeş iştirak edir.

Qeyd edək ki, Netu cari mövsüm Premyer Liqada 8 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR