“Zirə” 16 yaşlı futbolçu ilə müqavilə bağlayıb

“Zirə” 16 yaşlı futbolçu ilə müqavilə bağlayıb
# 27 iyul 2020 17:35 (UTC +04:00)

“Zirə” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ayxan Süleymanlı müqavilə imzalayıb.

16 yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub. Ayxan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” bunadək Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın və Şəhriyar Rəhimovu heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR