Alisson Beker “Liverpul”un tarixinə düşüb

Alisson Beker “Liverpul”un tarixinə düşüb
# 17 may 2021 09:16 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XXXVI turunda “Vest Bromviç”in qonağı olan “Liverpul” 2:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın qapıçısı Alisson Beker 90+5-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Bununla braziliyalı “Liverpul” tarixində rəsmi matçlarda fərqlənən ilk qapıçı olub. Alisson eyni zamanda komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq şansını davam etdirməsinə köməklik edib.

Qeyd edək ki, sona iki tur qalmış 5-ci pillədə qərarlaşan “Liverpul” turnir cədvəlində ondan irəlidə olan “Çelsi”dən 1 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR