Almaniya millisinin qapıçısı AVRO-2020-ni buraxacaq

Almaniya millisinin qapıçısı AVRO-2020-ni buraxacaq
# 17 may 2021 16:40 (UTC +04:00)

Almaniya yığması AVRO-2020 öncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, qapıçı Mark-Andre ter Ştegen qitə birinciliyini buraxacaq.

Bunu “Barselona”nın qolkiperi özü sosial şəbəkə vasitəsilə bəyan edib. Ulduz futbolçu mayın 20-də dizindən əməliyyat olunacağını və bu səbəbdən Avropa çempionatına yollanmayacağını yazıb.

Qeyd edək ki, Almaniya millisi AVRO-2020-də Portuqaliya, Fransa və Macarıstanla birlikdə F qrupunda yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR