Almaniya millisinin yeni baş məşqçisi bəlli olub

Hans Diter Flik

© APA | Hans Diter Flik

# 10 may 2021 14:34 (UTC +04:00)

Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, “Bavariya”nın çalışdırıcısı Hans Diter Flik yığmanın “sükanı arxası”na keçəcək.

Mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq mütəxəssis Almaniya Futbol İttifaqı ilə anlaşıb. Tərəflər 3 illik müqavilə imzalayacaq.

AVRO-2020 başa çatandan sonra işinin icrasına başlayacaq Flik AVRO-2024-ün sonunadək milliyə rəhbərlik edəcək.

Qeyd edək ki, mütəxəssis 2019-cu ildə “Bavariya”nın baş məşqçisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR