“Ararat-Armeniya”nın futbolçusu Azərbaycan yığması ilə oyuna çağırılıb

#

© APA | Moldova millisi

# 17:23
17 may 2021

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Moldova millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran Roberto Bordin qarşıdakı yoxlama görüşləri üçün ilkin heyəti müəyyənləşdirib.

O, iyunun 3-də Türkiyə ilə səfər, üç gün sonra Azərbaycanla ev oyunlarına 30 futbolçu dəvət edib. Bordin “Keşlə”nin qapıçısı Stanislav Namaşkonu da yığmaya çağırıb. Millimizə qarşı matça Ermənistanın “Ararat-Armeniya” klubunda oynayan Dan Spetaru da dəvət alıb.

Qapıçılar: Stanislav Namaşko (“Keşlə”, Azərbaycan), Dmitri Çelyadnik (“Şerif”), Nikolay Çebotar (“Petrolul”, Rumıniya), Kristian Avram (“Petrokub”);

Müdafiəçilər: İqor Armaş (“Voluntari”, Rumıniya), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Vyaçeslav Posmak, Aleksandr Belousov (hər ikisi “Şerif”), Daniel Dumbravanu (“Cenoa” U-19, İtaliya), İqor Arxiri, Vadim Boloxan (hər ikisi “Milsami”), İon Jardan, Maksim Potırnike, Sergey Platika (hamısı “Petrokub”);

Yarımmüdafiəçilər: Artur İonitsa (“Benevento”, İtaliya), Ratse (“Kindiya”, Rumıniya), Kristian Dros (“Spartak”, Latviya), İqor Kostrov (“Qomel”, Belarus), Mixail Kaymakov (“Koper”, Sloveniya), Yevgeni Oança (“OİK-Xabarovsk”, Rusiya), Georgi Anton (“Qloriya Buzqu”, Rumıniya), Andrey Kojokar, Viktor Boqaçuk (hər ikisi “Petrokub”), Kornel Kotoqoy (“Daçiya Butskan”);

Hücumçular: İon Nikolaesku (DAK-1904, Slovakiya), Vitali Damaşkan (“Valveyk”, Niderland), Nikolay Milinçanu (“Yannina”, Yunanıstan), Lado Axalaya (“İnter” U-19, İtaliya), Marius Yosipoy (“Veles”, Rusiya), Aleksandr Antonyuk (“Milsami”), Dan Spetaru (“Ararat-Armeniya”, Ermənistan).

Qeyd edək ki, Moldova – Azərbaycan matçı Kişinyovda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR