AVRO-2020-nin kubokunun Bakı gəzintisi davam edir - FOTOLENT

AVRO-2020-nin kuboku Bakıda

© APA | AVRO-2020-nin kuboku Bakıda

# 08 may 2021 15:38 (UTC +04:00)

Avropa çempionatının kubokunun Bakı səfəri davam edir.

Apasport.az saytının məlumatına görə, bu il keçiriləcək AVRO-2020-nin qalibinə təqdim olunacaq mükafat Azərbaycan paytaxtının müxtəlif nöqtələrində təqdim edilib.

İki gündür Bakıda olan kubok azarkeşlərə də nümayiş olunub. Kubok turunda mükafatı müşayiət edən AVRO-2020-nin maskotu “Skillzi”də şəhəri gəzib.

Qeyd edək ki, bu gün Bakı turunu başa vuracaq kubok Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR