Avropa Liqasında həftənin adına namizəd futbolçular bəlli olub

Edinson Kavani, Brayan Kristante, Raul Albiol, Pablo Marie

© APA | Edinson Kavani, Brayan Kristante, Raul Albiol, Pablo Marie

# 07 may 2021 08:49 (UTC +04:00)

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunlarından sonra ən yaxşı olmağa 4 iddiaçı açıqlanıb.

“Villarreal”ın müdafiəçisi Raul Albiol “Arsenal”la görüşdə 80 faiz dəqiq ötürmə verdiyi, “topçular”ın müdafiəçisi Pablo Mariedə bu göstərici 90 faiz olduğu, “Mançester Yunayted”in hücumçusu Edinson Kavani “Roma” önündə dubl, italyanların yarımmüdafiəçisi Brayan Kristante isə həmin matçda bir qol vurduğu üçün ən yaxşı adına namizəddir.

Qeyd edək ki, “Arsenal” – “Vilyarreal” oyunu qolsuz bərabərliklə nəticələnib, “Roma” isə “Mançester Yunayted”ə 3:2 hesabı ilə qalib gəlib. İlk oyunlarda öz meydanında qələbə qazanan “Mançester Yunayted”lə “Vilyarreal” finala yüksəlib. Həlledici qarşılaşma mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR