Azərbaycan Premyer Liqasında çempionluq oyununu idarə edəcək hakimlər açıqlanıb

#
# 21:28
18 may 2021

Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq son turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Təkcə turun deyil, mövsümün mərkəzi oyunu xarakteri daşıyan “Neftçi” – “Qarabağ” matçı Elçin Məsiyevə həvalə edilib. O, çempionluğun müəyyənləşəcəyi görüşdə fit çalacaq.

Bu oyun yeniliklə əlamətdar olacaq. İlk dəfə qarşılaşmaya ehtiyat laysman təyinat alıb. 

Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)
“Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 18:00
 
“Sabah” –“ Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 18:00
 
“Keşlə” – “Qəbələ”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 18:00
 
“Neftçi” – “Qarabağ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”, 20:30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR