Azərbaycan Premyer Liqasında mövsümün mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Premyer Liqasında mövsümün mükafatlandırma mərasimi keçirilib
# 19 may 2021 23:03 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, son tur çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” (1:0) qarşılaşmasından sonra qaliblər medallarına qovuşub.

Əvvəlcə “Sumqayıt” bürünc, ardından isə “Qarabağ” gümüş mükafatı alıb.

Ardınca Namiq Ələsgərova (Neftçi) bombardirlik mükafatı verilib. Ən sonda çempion “Neftçi” qızıl medallarına və çempionluq kubokuna sahib olub.

Mükafatları AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR