“Barselona” 20 yaşlı futbolçunu heyətinə qatacaq

“Barselona” 20 yaşlı futbolçunu heyətinə qatacaq
# 19 may 2021 12:47 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Qranada”nın oyunçusu Antonio Aranda gələn il Kataloniya təmsilçisinə keçəcək.

20 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyən Barselonanın eyniadlı klubu onun keçidini reallaşdırmaq üçün müqaviləsinin bitməsini gözləyəcək. Arandanı azad agent kimi heyətinə qatmağa qərar verən kataloniyalılar onu 2022-ci ildə sıralarına qatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR