“Bayer”in yeni baş məşqçisi müəyyənləşib

Xerardo Seoane

© APA | Xerardo Seoane

# 19 may 2021 09:16 (UTC +04:00)

Almaniyanın “Bayer” klubunun baş məşqçisi postunu tutacaq mütəxəssis müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisini Xerardo Seoane çalışdıracaq.

Hazırda İsveçrənin “Yanq Boyz” klubuna rəhbərlik edən 42 yaşlı mütəxəssis yeni mövsümdən Leverkuzen təmsilçisinə rəhbərlik edəcək. İsveçrəli yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, iki ay öncə Peter Boşu istefaya göndərən “Bayer” mövsümün sonunadək Hannes Volfa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR