“Çelsi” Tomas Tuxellə yeni 2 illik müqavilə bağlayacaq

Tomas Tuxel

© APA | Tomas Tuxel

# 12 may 2021 13:20 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 47 yaşlı mütəxəssisisə sonradan bir il müddətinə uzadıla biləcək 2 illik anlaşma təklif edib.

Almaniyalı çalışdırıcı də müqavilənin yenilənməsinin tərəfdarıdır. Yeni anlaşmaya əsasən onun maaşı da artırılacaq.

Hazırkı müqaviləsi cəmi yarım illik olan Tuxel uzunmüddətli əməkdaşlıq istəyir. Onun indiki maaşı illik 7 milyon funt sterlinq təşkil edir. Tuxel yarım il üçün 3,5 milyon qazanacaq.

Qeyd edək ki, “Çelsi” baş məşqçinin rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR