Çinli iş adamı klub alıb, 126 kq-lıq oğlunu hücumçu edib

Çinli iş adamı klub alıb, 126 kq-lıq oğlunu hücumçu edib
# 18 may 2021 13:34 (UTC +04:00)

Çin futbolunda maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, çinli iş adamı He Şihua II liqa təmsilçisi “Zibo Kuyu”nun səhmlərini aldıqdan sonra 126 kq çəkisi olan oğlunu komandaya cəlb etdirib.

Hətta “Siquan Jiuniu” ilə görüşdə He Şihuanın həm oğlu, həm də özü start heyətində meydana daxil olub. 0:0 hesabı ilə başa çatan matçda klubun sahibi pleymeyker mövqeyində yer alıbsa, 126 kq-lıq oğlu hücumda çıxış edib.

Qeyd edək ki, He Şihua “Zibo Kuyu”nu 2 milyon avroya alıb. Komanda bu mövsüm keçirdiyi 5 oyunda 1 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR