Frits Ştuxlik Azərbaycan Premyer Liqasının oyununda ehtiyat laynsman məsələsinə aydınlıq gətirib

Frits Ştuxlik

© APA | Frits Ştuxlik

# 19 may 2021 11:39 (UTC +04:00)

Ehtiyat laynsman oyun zamanı 4-cü hakimin yanında tam təchiz olunmuş formada yerləşdiriləcək və başqa vəzifəsi olmayacaq”.

Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik Azərbaycan Premyer Liqasının son turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçına ehtiyat laynsman təyinatı ilə bağlı danışarkən deyib.

Müslüm Əliyevin ehtiyat laynsman kimi oyuna təyin olunmasına aydınlıq gətirən Ştuxlik yan xətt hakimlərindən birinin zədələnmə ehtimalını nəzərə alaraq buna ehtiyac duyduqlarını söyləyib: “Əgər iki köməkçi hakimdən biri oyun ərzində zədələnərsə və əvəzləməyə ehtiyac yaranarsa, ehtiyat laynsman meydana çıxacaq və köməkçi hakim kimi işini davam etdirəcək”.

Avstriyalı komitə sədri UEFA-nın ideyasına sadiq qaldıqlarını vurğulayıb: “4-cü hakimin köməkçi referi kimi praktikası yoxdur və o, zədə halında baş hakimi əvəz edəcək. Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərin final oyununda, eyni zamanda Avropa çempionatı matçlarında UEFA risk etmək istəmir. Biz də onların ideyasını izləyirik”.

Qeyd edək ki, saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” görüşün Elçin Məsiyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR