Hans-Diter Flik Almaniya millisini çalışdıracağını təsdiqləyib

Hans-Diter Flik

© APA | Hans-Diter Flik

# 08 may 2021 09:20 (UTC +04:00)

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flikin AVRO-2020-dən sonra Almaniya millisinin sükanı arxasına keçməsi gözlənilir.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis özü də yerli mətbuata açıqlamasında bunu təsdiqləyib.

O, artıq danışıqlara başlandığını bildirib: “Millinin baş meneceri Oliver Birhoffla belə bir ehtimal barədə söhbətimiz oldu. Digər məsələləri də müzakirə etdik. Almaniya yığmasını çalışdırmaq xüsusi bir şey olardı”.

Qeyd edək ki, Flik mövsümün sonunda “Bavariya”nı, Yoahim Löv isə Avropa çempionatından sonra Almaniya yığmasını tərk edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR