Yapon futbolçu Keysuke Honda Xirosimaya bənzədilən Ağdamda olub - VİDEO

Yapon futbolçu Keysuke Honda Xirosimaya bənzədilən Ağdamda olub - VİDEO
# 20 may 2021 15:47 (UTC +04:00)

“Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonuna yollanıb.

Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə birlikdə şəkil çəkdirən ulduz futbolçu paylaşımında “Qarabağ”la dünənki matçın “İmarət” stadionunda keçirilməli olduğunu vurğulayıb: “Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnşallah, burada futbol yenidən doğulacaq”.

Elxan Məmmədov, Canni de Byazi və Keysuke Honda da daxil olmaqla Ağdama yollanan nümayəndə heyəti “İmarət” stadionunda futbol da oynayıb.

Yapon futbolçu Xirosimaya bənzədilən Ağdamda oldu

Qeyd edək ki, Ağdam erməni işğalı nəticəsində məruz qaldığı dağıntılara görə atom bombası atılmış Yaponiyanın Xirosima şəhəri ilə müqayisə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR