Lionel Messi La Liqada qol vurduğu oyunların sayı 300-ə çatıb

#
# 09:48
17 may 2021

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya La Liqasının XXXVII turunun “Selta” ilə görüşündə qol sevinci yaşayıb.

Apasport.az saytının məlumatına görə, bu qol xal qazanmaq üçün yetərli olmasa da (1:2), iki yubileylə nəticələnib.

Argentinalının La Liqada qol vurduğu oyunların sayı 300-ə çatıb. Bu turnirin mütləq rekordudur. İkinci sırada qərarlaşan “Real”ın əfsanəsi Raul 186 görüşdə fərqlənib.

Bu qol həm də mövsümdə 30-cu olub. Lionel ardıcıl 9-cu dəfə mövsümü 30 və ya daha çox qolla tamamlayıb. O, bunadək 2011/12 (50), 2012/13 (46), 2014/15 (43), 2016/17 (37), 2018/19 (36), 2009/10 (34), 2017/18 (34) и 2010/11 (31) mövsümlərində bunu bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR