Messi “Barselona” ilə danışıqlara başlayıb

Lionel Messi

© APA | Lionel Messi

# 11 may 2021 16:19 (UTC +04:00)

“Barselona”nın kapitanı Lionel Messi yeni müqavilə ilə bağlı danışıqlara start verib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun menecerliyini edən atası Xorxe Messi rəhbərliklə danışıqlara başlayıb.

Ata Messi klub prezidenti Joan Laporta ilə bir neçə dəfə bir araya gələrək məsələni müzakirə ediblər. Lakin danışıqlar hələlik şifahi şəkildə cərəyan edir. Tərəflərin şərtləri və müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti iyulun 1-nə qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR