Ən çox qazanan məşqçilərin adı açıqlanıb

Ən çox qazanan məşqçilərin adı açıqlanıb
# 24 mart 2020 12:49 (UTC +04:00)

Dünyanın ən çox qazanan futbol məşqçiləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin araşdırmaları zamanı mütəxəssislərin maaşları, bonusları və imic hüquqlarından əldə etdiyi vəsait nəzərə alınıb.

Siyahıya İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir. Onun illik qazancı 40,5 milyon avro olub.

İtaliya “İnter”inin çalışdırıcısı Antonio Konte ikincidir. O, 30 milyon avro qazanıb.

İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiaola qapayır. Mütəxəssis 27,5 milyon avro qazanmağa müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR