“Neftçi” – “Qarabağ” matçının favoriti açıqlanıb

“Neftçi” – “Qarabağ” matçının favoriti açıqlanıb
# 19 may 2021 13:05 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün son oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmekerlər çempionun adına aydınlıq gətirəcəyi “Neftçi” – “Qarabağ” matçının favoritini müəyyənləşdirib.

Səfərdə oynayacaq son çempion bu görüşdə də şanslı hesab olunur. Ağdamlıların qələbə əmsalı 2,11-ə bərabərdir.

Ümumilikdə 9-cu, ardıcıl 8-ci çempionluq üçün “Qarabağ”a sərf edən heç-heçənin əmsalı isə 3,24-ə bərabərdir. “Neftçi”nin qələbə ilə qızıl medal qazanmasına pul qoyuluşu edənlər isə 3,40 dəfə zənginləşə bilər.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR