“Qarabağ”ın 544 günlük seriyası qırılıb

“Qarabağ”ın 544 günlük seriyası qırılıb
# 20 may 2021 16:55 (UTC +04:00)

“Qarabağ” Premyer Liqanın 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib.

“Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmamışdı. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib.

544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR