“Səbail” baş məşqçisini postunda saxlayıb

“Səbail” baş məşqçisini postunda saxlayıb
# 20 may 2021 12:40 (UTC +04:00)

Bu gün “Səbail”in Müşahidə Şurasının iclası keçirilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib.

Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqda hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər barədə də danışılıb. Üzvlər görülən işləri qənaətbəxş hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib.

İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. 3 ildir baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib. Hacıyevin növbəti mövsümdə də postunda qalması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR