“Turan Tovuz”da audit yoxlaması aparılacaq

“Turan Tovuz” Futbol Akademiyası

© APA | “Turan Tovuz” Futbol Akademiyası

# 08 may 2021 15:55 (UTC +04:00)

Birinci divizion klubu “Turan Tovuz”da audit yoxlaması aparılacaq.

Bu barədə apasport.az saytına AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Tovuz təmsilçisinin Premyer Liqada iştirak üçün təqdim etdiyi sənədlərdə problemlər aşkarlanıb. Üstəlik, bölgə klubu audit sənədlərini də verməyib: “Audit sənədləri təqdim olunmadığı üçün yay aylarında “Turan Tovuz” klubuna audit yoxlamasının göndərilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, “Turan Tovuz”a Premyer Liqada iştirak üçün lisenziya verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR