UEFA Çempionlar Liqasının finalını İstanbuldan alıb, Portoya verib

“Draqao” stadionu

© APA | “Draqao” stadionu

# 13 may 2021 15:05 (UTC +04:00)

UEFA Çempionlar Liqasının finalı ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həlledici qarşılaşmanı İstanbuldan alıb.

“Mançester Siti” ilə “Çelsi” arasındakı görüş Portuqaliyanın Porto şəhərində yerləşən “Draqao” stadionunda keçiriləcək. Mayın 29-dakı görüşə hər komandanın 6000 azarkeşi buraxılacaq. Artıq bu gündən biletlər satışa çıxarılacaq.

Qeyd edək ki, 2023-cü ildəki Çempionlar Liqasının final matçının İstanbula verilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR