UEFA Superliqanın yaradıcıları ilə bağlı intizam işi açıb

UEFA Superliqanın yaradıcıları ilə bağlı intizam işi açıb

© APA | UEFA, loqo

# 12 may 2021 16:12 (UTC +04:00)

UEFA “Barselona”, “Real” və “Yuventus”la bağlı araşdırmalara başlayıb.

Apasport.az saytının məlumatına görə, qurum bununla bağlı açıqlama yayıb.

Bildirilir ki, Superliqanın yaradıcıları ilə bağlı intizam işinə bu gün start verilib. Araşdırmalar üçün UEFA inspektorları təyin edilib.

Onlar bu üç klubla bağlı intizam işini araşdıracaq. Superliqanın yaradıcılarından olan digər 9 klub isə cəzadan qaçıb. Onlar layihədən çıxıb və UEFA ilə yalnız mükafatlarının kəsilməsi barədə razılıq əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR