Vircil van Deyk AVRO-2020-ni buraxacağını açıqlayıb

Vircil van Deyk

© APA | Vircil van Deyk

# 12 may 2021 14:35 (UTC +04:00)

Niderland millisinin və “Liverpul”un futbolçusu Vircil van Deykin AVRO-2020-ni buraxacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, ötən ilin oktyabrından zədəli olan müdafiəçinin özü də bunu təsdiqləyib.

O, buna çox üzüldüyünü açıqlayıb: “Son mərhələdə AVRO-2020-də oynamağımı müəyyənləşdirməli idim. Durumumu nəzərə alaraq yarışa getməməyə qərar verdim. Son bərpa prosesini mövsümlərarası dövrdə başlamağım daha düzgündür. Avropa çempionatını buraxacağıma çox məyusam. Amma bunu qəbul etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR